İdman

Levandovski ruslara görə komanda yoldaşlarını qınadı

“Barselona”nın hücumçusu Robert Levandovski rusiyalı azarkeşlərə təşəkkür edən komanda yoldaşları Aleks Balde və Serxi Robertonu qınayıb.

Qol.az xəbər verir ki, adıçəkilən futbolçuların La Liqadakı çempionluqdan sonra rusiyalı azarkeşlərə videomüraciət edib. Həmin müraciətdə futbolçular rus azarkeşlərə dəstəyə görə təşəkkür ediblər.

Levandovski ölkəsi Polşanın “sport interia.pl” nəşrinə açıqlamasında komanda yoldaşlarının hərəkətinə təəccübləndiyini deyib:

“Yumşaq desəm, çox təəccübləndim. Bu vəziyyəti klubdan soruşdum və bilirəm ki, bu, rəsmi mövqe deyil, La Liqa oyunlarını yayımlamaq hüququna malik media nümayəndələri ilə görüş zamanı verilən açıqlamadır.

Belə vəziyyətlərdə çox vaxt kiminlə danışdığınızı belə, bilmirsiz. Əlbəttə ki, bu, bəhanə deyil. Bildiyimə görə, klub bu vəziyyətə cavab olaraq müəyyən addımlar atmaq niyyətindədir”.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın “Dinamo” (Kiyev) klubu da Balde İlə Robertonun rus azarkeşlərlə bağlı açıqlamalarına cavab olaraq, ironiya ilə hər iki futbolçuya Rusiya Premyer Liqasında oynamağı tövsiyə etmişdi.

Xatırladaq ki, FİFA və UEFA Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya təcavüzkar hücumundan sonra bu ölkənin klublarını və milli komandalarını öz bayrağı altında keçirilən bütün yarışlardan uzaqlaşdırıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button