GündəmSağlamlıq

TƏBİB “Eris” virusu ilə bağlı əhalini xəbərdar edir

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 – elmi ədəbiyyatda “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib.

TƏBİB-in yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva bildirib ki, artıq bir neçə aydır “Eris” virusu bütün dünyada yayılır. Yeni yoluxma halları ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində qeydə alınıb.

Hələlik Azərbaycanda yeni ştamma yoluxma halları qeydə alınmayıb. Beynəlxalq protokollarda bu ştamma qarşı müəyyən vaksin növünün hazırlanmasına və vaksinasiyanın başlanmasına dair heç bir tövsiyə yoxdur. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammları üzrə risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar.

COVİD- 19 ilə əlaqədar 2020-ci ilin martından Azərbaycanda karantin elan edilib və bu qərar bu il oktyabrın 1-dək qüvvədədir. Ölkənin quru sərhədləri vətəndaşların keçidi üçün bağlıdır.

Bənzər yazılar

Back to top button