Hadisə

MN-dən vəfat edən hərbçimizlə bağlı açıqlama

“Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğlunun xidmətdə olarkən baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik”.

Bu barədə Müdafiə Nazirliyindən Yeniavaz.com-a bildirilib:

“Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin”, – məlumatda qeyd edilib.

***

Azərbaycan Ordusunun əsgəri Məmmədli Davud Fuad oğlu faciəvi şəkildə ölüb.

Bu barədə yaxınları Lent.az-a məlumat veriblər.

Onların sözlərinə görə, hadisə Daşkəsəndə qeydə alınıb.

Bildirilib ki, 20 yaşlı D. Məmmədli xidmətdə olarkən ildırım vurması nəticəsində dünyasını dəyişib.

Bənzər yazılar

Back to top button