İqtisadiyyat

İllik hesabatlarını təqdim etməyən nazirliklər – Siyahı

Hesabat ilində “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun 18.3-1-ci maddəsi ilə müəyyən edilmiş hesabatlar bir sıra qurumlar tərəfindən Hesablama Palatasına təqdim edilməyib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Hesablama Palatasının “2022-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və “2022-ci ilin dövlət büdcəsinin icrasına dair illik hesabata” verdiyi rəydə bildirilib.

Qeyd olunub ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun 18.3-1-ci maddəsinə əsasən büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımları alan təşkilatlar həmin vəsaitlərdən istifadə barədə müəyyən olunmuş qaydada rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və inzibati təsnifat üzrə hesabatları müvafiq icra hakimiyyəti orqanına, habelə Hesablama Palatasına təqdim edirlər.

Təqdim edilmiş məlumatların təhlili göstərir ki, hüquqi aktda təqdim edilmə tarixinin 1 martadək olmasına baxmayaraq, bir sıra qurumlar tərəfindən hüquqi aktların tələblərinə riayət edilməyib və illik hesabatlar 2023-cü il 10 may tarixinədək Hesablama Palatasına göndərilməyib.

Qanunvericilikdə müəyyən edilmiş hesabat formalarını müvafiq tarixədək Hesablama Palatasına təqdim etməyən qurumlar aşağıdakılardır:

Bənzər yazılar

Back to top button