Siyasət

Şarl Mişel Ağdam yolundan istifadə etməyə və dialoqa başlamağa çağırıb

Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin mətbuat katibi çərşənbə axşamı yaydığı bəyanatda son bir neçə gündə Şarl Mişelin sentyabrın 9-da Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə telefon söhbətləri zamanı və sentyabrın 10-da Nyu-Dehlidə G20 sammitində Türkiyə prezidenti Recep Tayyip Erdoğanla intensiv əlaqə saxladığı haqqında bəyanat yayıb.

Bu səylər, habelə Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Toyvo Klaarın Bakı, Yerevan və Qarabağ ermənilərinin nümayəndələri ilə əlaqələri gərginliyin aradan qaldırılmasına və “Qarabağ ermənilərinə humanitar yardım çıxışının açılması” üzrə həllin tapılmasına yönəlib.

“Bu kontekstdə Rusiyanın humanitar yükünün Ağdam-Əsgəran marşrutu ilə keçməsini qeyd edirik. Bu inkişafla bağlı bütün həssaslığı başa düşürük. Ümid edirik ki, bu, yerli əhaliyə müntəzəm humanitar yardım çatdırılmasının bərpasına təkan verəcək.

Yerlərdə vəziyyət sürətlə pisləşir. Qarabağ ermənilərinin ilkin tələbat malları ilə təmin edilməsi çox vacibdir. Bu gün Ağdam-Əsgəran marşrutunun açılması çox vacib addımdır, bu, Laçın dəhlizinin də açılmasına şərait yaratmalıdır. Bütün maraqlı tərəfləri həm Laçın marşrutundan, həm də Ağdam-Əsgəran marşrutundan istifadənin təmin edilməsində məsuliyyətli və elastik davranmağa çağırırıq”.

“Laçın dəhlizinin əvvəlki razılaşmalara və Beynəlxalq Məhkəmənin qərarına uyğun olaraq açılmalı olduğuna qəti əminliyimizi təsdiq edirik və yerli əhalinin rifahı üçün digər təchizat marşrutlarının da faydalı olduğuna inandığımızı vurğulayırıq.

Aİ bugünki hadisələrdən sonra yaxın günlərdə və həftələrdə Bakı və Qarabağ erməniləri arasında onların hüquqları və təhlükəsizliyi haqqında dialoqa, barışıq səylərinə və ümumilikdə Ermənistan-Azərbaycan sülh prosesinə dair daha konkret addımlar atılacağını gözləyir”, deyə bəyanatda bildirilir.

Bənzər yazılar

Back to top button