Siyasət

ABŞ səfirliyinin Luis Bononun Bakıya səfəri haqqında məlumatı

Qafqazda danışıqlar üzrə baş müşavir Luis Bono 23-25 may tarixlərində regiona səfər edəcək. Cənab Bono Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək üçün əsas maraqlı tərəflərlə görüşməyi planlaşdırır. O, Azərbaycana və Ermənistana səfər edəcək. Bu barədə ABŞ-ın Bakıdakı səfirliyinin nümayəndəsinin Turan Agentliyinin sorğusuna cavabında deyilir.

“Bu, cənab Bonoya bu yaxınlarda ABŞ və digər ölkələr tərəfindən təşkil edilmiş danışıqların nəticələrini inkişaf etdirmək imkanı verəcək.

Ermənistan və Azərbaycanın sülh prosesində məhsuldar iştirak səyləri bizi ümidləndirir və cənab Bono bu stimulu artırmağa ümid edir.

Cənab Bono qeyd edir ki, ABŞ Cənubi Qafqaz regionu üçün dinc, demokratik və mütərəqqi gələcəyin təşviqinə sadiqdir, deyə cavabda bildirilir.

Bənzər yazılar

Back to top button