İdman

Alba “Barselona”dan getdi – RƏSMİ

Jordi Alba “Barselona”dan ayrılıb.

Fanat.az xəbər verir ki, Kataloniya klubunun mətbuat katibi 34 yaşlı müdafiəçinin gedişini rəsmən elan edib.

Müqaviləsinin müddəti gələn ilin yayına qədər olan Jordinin anlaşmasına qarşılıqlı razılıq əsasında xitam verilib. O, iyulun 1-dən azad agent olacaq.

Qeyd edək ki, Jordi Alba “Barselona”da keçirdiyi 11 mövsümdə 458 matça çıxıb. Bu qarşılaşmalarda 27 qol vuran müdafiəçi 99 məhsuldar ötürmə ilə də yadda qalıb. O, “blauqrana”nın sıralarında 6 dəfə İspaniya çempionatının, 1 dəfə Çempionlar Liqasının qalibi olub.

Bənzər yazılar

Back to top button