CəmiyyətHadisəManşet

Ucar “DOST” İş Mərkəzindən ünvanlı şikayət – İşə gəlməyən şəxslərin SİYAHISI

Ucar rayon sakini Səlimov Elsevər Ağası oğlu “DOST” İş Mərkəzində həyata keçirilən maxinasiyalardan şikayət edir.

AzToday.az-a daxil olan şikayətdə bildirilir ki, Ucarın icra başçısı Mənsur Məmmədov ən yaxın adamlarını “DOST” İş Mərkəzinin xətti ilə işə düzəldib:

“… özüm bir neçə ildir ki, “DOST” İş Mərkəzinin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında hər gün işə çıxmaqla təmizlik işlərinə cəlb olunub işləyirəm.

Ancaq «DOST» İş Mərkəzinin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında adı işdə gedib heç vaxt işə gəlməyən çoxlu sayda insana gözün üstə-qaşın var deyən yoxdur. Hansı ki, həmin şəxslərin çoxunun yaşı 65-dən yuxarıdır, qocalığa görə, pensiya alırlar. Həmdə eyni vaxtda «DOST» İş Mərkəzinin xətti ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında adları işdə gedir, maaş alırlar. Həmin qoca adamlar və digər aylıq haqq verən şəxslər bir gündə olsun işə gəlmirlər. Bəzilərinin isə yaxın qohumları Ucar rayon Kommunal Müəssisələri Kombinatında mühasib, mühəndis və briqadir işləyir deyə onlara göz yumulur. Bunu isə onlar Ucar rayon Kommunal Müəssisələri Kombinatının müdiri və birqadirləri ilə əvvəlcədən danışdıqları kimi aylıq pul verib edirlər”.

Şikayətçi iddia edir ki, Mənsur Məmmədov işçilərin davamiyyətinə nəzarət edən “DOST” İş Mərkəzinin Bakıdakı rəhbərliyini də ələ alaraq onları saxtakarlığa şirnikləndirib:

“… Belə ki, işçilərin işə gəlib-gəlməmələrini yoxlamağa gələn kimi heç vaxt işə gəlməyən şəxslər bir-iki saatlıq peyda olub çıxıb gedirlər…”.

Bu qanunsuzluq barədə «DOST» İş Mərkəzinin direktoru Firuddin Cəbrayılova müraciət etdiyini yazan Ucar sakini heç bir araşdırma aparılmadığını bildirir”.

Elsevər Səlimov adı işdə gedib maaş alanların siyahısını da yayıb:

1.Cəfərova Ləman Soltan qızı – işə gəlmir, atası Soltan Xəlilov “komxoz”da briqadir işləyir ona qanunsuz davamiyyət yazır.

2. İsrayılova İradə Əvəz qızı – 68 yaşı var, bir gündə olsun işə gəlməyib, hər ay maaş və pensiya alır.

3. İradə İsrayılovanın həyat yoldaşı Ələkbərov Şahlar Xəlil oğlu 68 yaşı var, işə gəlmir hər ay maaş və pensiya alır.

4. İbrahimov Kamran Rüstəm oğlu – bahalı avtomobil idarə edir, imkanlı varlı adamdır.

5. Məmmədova Sevinc Əlikram qızı və onun bacısı Səbinə Əlikram qızı hər ikisi Xırdalan şəhərində yaşayırlar, ancaq hər ay maaş alırlar.

6. Abdullayev Fəqan Rza oğlu “komxoz”un mühasibi Xatirə Abdullayevanın qardaşı – işə gəlmir, hər ay maaş alır. Həmçinin Fəqanın həyat yoldaşı Könül Əflatun qızı Abdullayevada adı işdə gedir, işə gəlmir.

7. Abdurəhimova Xəyalə Fəti qızı – Ucar şəhərindən 30 km uzaqda yerləşən Bərgüşad kəndində yaşayır, işə gəlmir.

8. Xəyalənin iki qardaşı Musayev Cavid və Musayev Sehran Fəti oğlu taksi sürürlər, adları işdə gedir, işə gəlmirlər.

9. Babaşov Azər Məhəmməd oğlu – 18 km aralıda yerləşən Lək kəndində yaşayır, aylıq verib işə gəlmir.

10. Əsgərov Əlibala Cəlil oğlu – işə gəlmir, maqazin işlədir

11. İslamova Səbirə Mirzə qızı – işə gəlmir.

12. İsmayılzadə Fərda Mübariz oğlu – işə gəlmir, “komxoz”un mühasibi Kəmalənin qardaşı oğludur

13. Abdullayeva Ruhsarə Əhməd qızı – 14 km aralıda yerləşən Qazıqumlaq kəndində yaşayır işə gəlmir, aylıq verir

14. Həsənov Bəxtiyar Əsgər oğlu – Lək kəndi, işə gəlmir

15. İsmayılov Vüsal Akif oğlu – işə gəlmir

16.Mehdiyev Telman Cəmil oğlu – Lək kəndi, işə gəlmir

17. Məmmədov Mehman Əhməd oğlu – Qazıqumlaq kənd sakini, işə gəlmir.

18. Məmmədova Afət Rafiq qızı – Qazıqumlaq kənd sakini, işə gəlmir

19.Piriyeva Səidə İbrahim qızı – Lək kəndində yaşayır, işə gəlmir

20. Mövsümov Mitəza Mirhəşim oğlu – 12 km aralıda yerləşən Alpout kəndində yaşayır, işə gəlmir

21. Qədirov Abdulbağı Rəşid oğlu, işə gəlmir

22. Rəhimova Nübar İsa qızı – 10 km aralıda yerləşən Qazyan kəndində yaşayır, işə gəlmir

23. Rzayev Məhəmməd Rmazan oğlu – Lək kəndi, işə gəlmir

24. Sadıqov İlqar Ramiz oğlu – Qazyan kəndi, işə gəlmir

25. Şakirli İbrahim İlqar oğlu – 35 km aralıda yerləşən Şahlıq kəndində yaşayır, işə gəlmir

26. Vahidov Zaur Məhəmmədəli oğlu – Qazyan kənd sakini işə gəlmir

27. Məmmədbəyli İbrahimbəy Umud oğlu – Bakıda yaşayır işə gəlmir, hər ay maaş alır

28. Hüseynov Arif Mehdi oğlu – işə gəlmir, yaxın qohumu vəzifədə işləyir

29. İmanova Gülayət Ağakərim qızı – 20 km aralıda yerləşən Qaradağlı kəndində yaşayır, işə gəlmir

Bu siyahını çox uzatmaq olar ki, həmin şəxslər işə gəlmirlər bəziləri qohumluğa görə, çox hissəsi isə aylıq pul verirlər deyə onlar barədə heç bir tədbir görülmür…”

Şikayətdə adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

Bənzər yazılar

Back to top button