İdman

Qvardiola:”Oyundan 48 saat əvvəl Mançesterdə bütün spirtli içkiləri içdik”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 32-ci turdan təxirə salınmış “Brayton”la oyundan (1:1) sonra fikirlərini bildirib.

Qol.az “Mirror”a istinadən xəbər verir ki, “Brayton” bu nəticə ilə (62 xal, 6-cı yer) Avroliqaya vəsiqəni təmin edib.

Mütəxəssis matçla bağlı deyib: “Yaxşı oyun oldu. Rəqibi Avropa Liqasına vəsiqə qazandığına görə təbrik edirəm. Onlar oynadıqları oyuna görə 100 faiz buna layiqdirlər.

Mançesterdə bütün spirtli içkiləri içdikdən 48 saat sonra layiqli oyun nümayiş etdirdik. “Mançester Siti”nin futbolçuları niyə çempion olduqlarını göstərdilər. Biz topla və topsuz nəyə qadir olduğumuzu göstərdik. Mən intensivliyimizdə və fikrimizdə heç bir azalma hiss etmədim. Hər iki komandanın qol epizodları oldu”.

Xatırladaq ki, “Mançester Siti” çemionluğu rəsmiləşdirib.

Bənzər yazılar

Back to top button