İdman

Günün transfer şayiələri: “Real” Mbappe ilə Holand arasında seçim etdi

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

“Readfootball”: Müqavilə ilə “Atletiko Madrid”ə məxsus olan Joau Feliks icarə əsasında çıxış etdiyi “Çelsi” ilə bağlı açıqlama verib. 23 portuqaliyalı hücumçu Londonda qalmaq istədiyinə işarə edib: “Gələcəyimlə bağlı hələ heç nə məlum deyil. Ancaq son 4-5 ay mənim çox xoşuma gəldi. “Çelsi” böyük klubdur. Komandada hər kəs mənə çox yaxşı davranır. Komanda yoldaşlarım mükəmməldirlər. Burada olmaq mənə çox xoşdur”.

“L’Équipe”: “Real Madrid” Kilian Mbappe və Erlinq Holand arasında seçim edib. Fransa millisinin kapitanı Mbappe klubu PSJ ilə müqaviləni yeniləmək niyyətində deyil. Bu durum 24 yaşlı forvardın gələn yay Madridə azad agent kimi keçməsinə fürsət yaradır. Belə olan halda kral klubu “Mançester Siti”də əla mövsüm keçirən Holandın yerinə pulsuz əldə edəcəyi Mbappe variantina üstünlük verəcək.

“Il Mattino”: “Mançester Yunayted” Kim Min Çjenin ardından “Napoli”nin daha bir futbolçusunu heyətinə qatmağa çalışacaq. Söhbət hücumçu Viktor Osimxendən gedir. Futbolçu özü də İngiltərə Premyer Liqasında oynamaq arzusunda olduğunu açıqlamışdı. Ancaq 24 yaşlı nigeriyalı forvardın transferi elə də asan olmayacaq. Belə ki, İtaliya klubu Osimxen üçün 160 milyon avro tələb edir.

“Daily Mail”: Bu yay “Mançester Yunayted”i tərk edəcək 13-cü oyunçunun adı bəlli olub. Bu, müdafiəçi Harri Maquayrdır. İngiltərə millisinin üzvü komandanın kapitanı olmasına baxmayaraq mövsümün çox hissəsini ehtiyat oyunçular skamyasında keçirib. Onun da Antoni Marsyal, Antoni Elanqa, Dioqu Dalot, Eron Van-Bissake, Fred, Skott Naktominey, Donni van de Bek, Brendon Uilyam kimi baş məşqçi Erik Ten Haqın gözdən çıxardığı futbolçular siyahısında olduğunu qeyd olunur.

Rəsmi: İspaniya millisinin əfsanəsi Andres İnyesta çıxış etdiyi “Vissel Kobe”dən ayrılıb. 39 yaşlı yarımmüdafiəçi 1 iyulda komandasının heyətində son matçına çıxacaq. (Fanat.az)

Bənzər yazılar

Back to top button