GündəmManşetSiyasət

Moskvada Əliyev-Paşinyan görüşünün yekunlarına əsasən iki sənəd imzalanmalıdır

Cümə axşamı Azərbaycan prezidenti İlham Əliyev Moskvaya işgüzar səfərə gedib. Orada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə üçtərəfli görüş keçiriləcək.

Moskvanın “Kommersant” nəşrinin məlumatına görə, görüşün yekunlarına əsasən ən azı iki sənəd qəbul edilməlidir. Onların razılaşdırlması mayın 24-də bütün gün davam edib.

Nəqliyyat kommunikasiyalarının açılması haqqında birinci sənədi baş nazirlərin müavinləri hazırlayıblar.

İkinci sənəd Əliyev, Paşinyan və Putinin sayca beşinci birgə bəyanatıdır. Onun üzərində üç ölkənin Xarici İşlər nazirlikləri iş aparıblar”, – “Kommersant” yazır.

Ekspertlərin fikrincə, ikinci sənəddə əsas məqam Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıması olmalıdır. Bununla bağlı Paşinyanın Ermənistanda narazılığa səbəb olan son bəyanatları erməni cəmiyyətini bu xoşagəlməz hadisəyə hazırlamaq məqsədi daşıyıb.

Birinci sənəddə bir tərəfdən Ermənistanla Qarabağ arasında, digər tərəfdən isə Naxçıvanla Azərbaycanın qalan hissəsi arasında kommunikasiyaların bərabər statusu təsdiqlənməlidir.(Turan)

Bənzər yazılar

Back to top button