İqtisadiyyat

İqtisadi Şura Azərbaycan iqtisadiyyatında və regionda vəziyyəti müzakirə edib

Azərbaycan Respublikasının İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə 24 may 2023-cü il tarixində keçirilən iclasвda ölkədəki iqtisadi vəziyyət, qlobal və regional iqtisadi proqnozlar, Azərbaycanda 2023-cü il və ortamüddətli dövr üçün sosial-iqtisadi artım proqnozları, o cümlədən neft-qaz sektorunun proqnozları müzakirə olunub.

Hökumət üzvləri vergi inzibatçılığının təkmilləşdirilməsi, investisiya təşviqi və iqtisadi sahədə şəffaflığın təmin edilməsi ilə bağlı dəyişikliklərin layihəsi, Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin indikatorları üzrə görülmüş işlər və icrasını gözləyən tədbirlər haqda da fikir mübadiləsi ediblər.

İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzəsi və “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya”nın Katibliyinin hesabatı dinlənilib.

İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib, deyə hökumət məlumat verir, amma bu qərarların təfərrüatları dəqiqləşdirilmir.(Turan)

Bənzər yazılar

Back to top button