Cəmiyyət

Cümə günü isti hava şəraiti davam edəcək

Mayın 26-da Bakıda və Abşeronda hava dəyişkən olacaq. Səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Axşam saatlarında şimal-şərq küləyi cənub-şərq küləyinə keçəcək.

Havanın temperaturu gecə müsbət 16 +21, gündüz müsbət 25 +30 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya xidməti bildirib.

Regionlarda hava şəraitinə gəlincə, şimal və qərb rayonlarında yağış gözlənilir, bəzi yerlərdə intensiv olacaq, dolu düşə bilər. Mülayim şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə müsbət 17 +22, gündüz müsbət 30 +35 dərəcə olacaq.

Dağlarda gecə müsbət 7 +12, gündüz müsbət 15 + 20 dərəcə olacaq.

Bənzər yazılar

Back to top button