Hadisə

100 milyon mənfəəti olan Əmanətlərin Sığortalanması Fondu 1,2 milyonluq vergi borcunu ödəmir – DETALLAR

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) son on ayda 1,2 milyon manatlıq vergi borcunu ödəməyib.

İqtisadiyyat.az-ın araşdırmasına görə, 4 mart 2024-cü il tarixinə Fondun yığılmış vergi borcu 1 milyon 235,5 min manat olub.

Qeyd edək ki, ƏSF-in vergi borcu 2023-cü ilin may ayında 1 milyon 140,4 min manat, dekabrın ayının 14-nə isə 1 milyon 192,8 min manat təşkil edib. Başqa sözlə, Fondun vergi borcu son on ayda 8,3% artıb.

ƏSF ötən gün açıqladığı hesabatlara əsasən 2021 və 2022-ci illər üzrə 100 milyon manatdan çox xalis mənfəət əldə edib. Fond 2023-cü il üzrə hesabatını hələlik açıqlama da bu dövr üzrə də böyük həcmdə mənfəət əldə edəcəyi təxmin edilir. Belə olan halda qurumun uzun müddətdə vergi borcunun yaranması təəccüb doğurur. Nəzərə alaq ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.

Xatırladaq ki, ƏSF 2007-ci ildə yaradılıb. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.

Bənzər yazılar

Back to top button