Siyasət

Odessa Azərbaycan Evində soydaşlarımıza səyyar konsulluq xidməti göstəriləcək

11 noyabr 2023-cü il tarixində Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq şöbəsi Odessa şəhərində yerləşən Azərbaycan Evində soydaşlarımıza səyyar konsulluq xidməti göstərəcək.

Səfirlik bununla əlaqədar Odessa vilayəti və yaxın ərazilərdə daimi, yaxud müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib.

Səyyar konsullq xidməindən yararlanmaq istəyən Azərbaycan vətəndaşları Odessa şəhərinin Vul.Puşkinska 54 ünvanında yerləşən Azərbaycan Evinə (Дiм “Азербайджан”) gəlməlidirlər. Qəbul vaxtı saat 09.30-dan 13.30-dək keçiriləcək. Əlaqə telefonu: +380 73 505 00 00.

Səfirlik qeyd edib ki, Odessa vilayətində təhlükəsizlik şəraiti pisləşdiyi təqdirdə, səyyar konsulluq xidməti təxirə salına bilər. Azərbaycan vətəndaşlarının bu vacib məqamı nəzərə alması xahiş edillib.

Xatırladaq ki, Odessa Azərbaycan Evi 2019-cu ildən fəaliyyət göstərir.

Bənzər yazılar

Back to top button