İdman

Ançelotti yalnız Qvardiola və Munosdan geri qalır

“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqada 150-ci oyununu keçirib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, onun yubiley matçı çempionatın 36-cı turda “Rayo Valyekano” ilə görüşə təsadüf edib (2:1).

Ançelottinin komandası La Liqada 150 oyunda 106 qələbə qazanıb. Daha yaxşı göstəriciyə yalnız 2 mütəxəssis imza atıb: Pep Qvardiola (115 qələbə) və Miqel Munos (107 qələbə). Zinəddin Zidanın aktivində isə 150 oyunda 102 qələbə var. O, bu göstərici ilə 4-cüdür.

Qeyd edək ki, Ançelotti 2013-2015-ci illərdə də “Real”ın baş məşqçisi olub. O, 2021-ci ildə kluba qayıdıb.

Bənzər yazılar

Back to top button