AnalitikaDünya

Pekin Tokayev ilə MESAJINI Moskvaya ötürür…

Moskvada keçirilən Avrasiya İqtisadi Forumunda Tokayev Rusiyanın Belarusa taktiki nüvə silahı yerləşdirməsi məsələsinə olduqca maraqlı fikirlər səsləndirib. Tokayev: “Vahid siyasi, hüquqi, hərbi, iqtisadi, valyuta, mədəni, humanitar məkana malik, vahid ittifaq hökuməti, vahid ittifaq parlamenti olan “iki ölkə – bir dövlət” düsturu üzrə dövlətin yaradılması üzərində iş gedir. Hətta nüvə silahı da indi ikiyə birdir. Biz bu reallıqla məşğul olmalıyıq. Bu şəraitdə necə işləyəcəyik? Bu sual konseptualdır. Bizə, məncə bu problemi müzakirə etmək lazımdır” deyə bildrib. Tokayevin bu tip açıqlamalar verməsində Sian sammitinin təsiri olduğu qənaətindəyəm. Daha əvvəlki yazılarımda bildirdiyim kimi, Çin Rusiyanın Belarusa taktiki nüvə silahı yerləşdirməsinə QƏTİ ŞƏKİLDƏ QARŞIDIR…

Pekinin buna reaksiyası necə ola bilər..? Açıqlayıram:

1. Avropa və Ukrayna bazarlarını itirdikdən sonra Lukaşenko rejimi Çin istiqamətinin ikinci sütununu qurmağa çalışır. Pekin Belarusu Çin üçün Aİ-də nəqliyyat dəhlizinə çevrilməsi üçün etibar edə biləcəyi tərəfdaş kimi görmək istəyir. Təəccüblü deyil ki, Lukaşenkonun bu yaxınlarda Pekinə səfəri ən yüksək nailiyyət kimi təbliğatla təkrarlandı…

2. Nüvə silahının yerləşdirilməsi planları Belarus-Çin münasibətlərini korlaya bilər. Putinin bəyanatı Si Cinpinin Moskvaya səfəri zamanı əldə olunan razılaşmalara ziddir. Çinlilər belə vəziyyətlərdə çox həssasdırlar, onlar üçün qlobal aktyor, BMT dəyərlərinin müdafiəçisi imicini qoruyub saxlamaq vacibdir…

3. Bunun qarşısının alınması üçün Çin tərəfi qapalı diplomatik kanallar, o cümlədən üçtərəfli kanallar vasitəsilə danışıqlar apararaq Minskə iqtisadi və siyasi təzyiq variantlarını sınaya bilər…

4. Lukaşenko hər nə qədər nüvə silahı məsələsində positiv açıqlamalar versədə, Moskvanın onu pis vəziyyətdə qoyduğunun fərqindədir. O, bu məsələnin Çinlə danışıqlarda istədiyini əldə etməyən Putinin oyunu olduğunu anlayır. Si Cinpin başa düşür ki, bu, Putinin oyunudur və nüvə silahı mövzusunda Çin iqtisadi məsələlər də daxil olmaqla birbaşa Moskva ilə danışıqlar aparacaq. Belarus Rusiya təhlükəsizlik qüvvələrinin tam nəzarəti altındadır və Çin bunu görür. Deməli, Lukaşenko ilə danışacaq heç nə yoxdur. Ancaq “etibarlı tərəfdaş” imicini təbliğ etmək onun üçün daha da çətinləşəcək…

5. Tokayevin bunu açıq şəkildə Avrasiya İqtisadi Forumunda dilə gətirməsi, bir növ Pekinin Moskvaya ötürdüyü mesaj kimidə qiymətləndirilməlidir. Çin MN Li Şanfunun son Moskva səfərində Rusiya vs Çin hərbi əməkdaşlığının perspektivləri barədə heç bir fikir bəyan etməməsi, (ayrıca Şoyqu ilə təkə-tək görüşməməsi və hərbi-texnoloji sahədə əməkdaşlığın müzakirə edilməməsi) rusları yeni avantüralara qapılmağa sövq edir…

Bənzər yazılar

Back to top button