İdman

Fiqo Ronaldonun Avropanı tərk etməsi haqda

“Real” və “Barselona”nın sabiq futbolçusu Luiş Fiqu Kriştiano Ronaldonun Avropanı tərk edərək Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçmək qərarını şərh edib.

Qol.az xəbər verir ki, portuqaliyalı keçmiş hücumçu “AS” nəşrinə müsahibəsində həmyerlisinin qərarına hörmət etdiyini bildirib:

“Fərqli mədəniyyətə və fərqli səviyyəyə malik başqa ölkədə oynamaq qərarı karyerasının sonunda hər bir oyunçunun şəxsi üstünlükləridir. Oyunçuların bu yaşda etdikləri tamamilə özlərinə məxsusdur və biz onlara hörmət etməliyik”.

Ronaldo qış transfer pəncərəsində “Əl-Nəsr”ə keçib. O, Səudiyyə Ərəbistanı çempionatında 15 matçda 14 qol vurub və iki məhsuldar ötürmə edib. Mövsümün bitməsinə iki tur qalmış “Əl-Nəsr” lider “Əl-İttihad”dan 3 xal geri qalaraq 2-cidir.

Bənzər yazılar

Back to top button