GündəmManşetSiyasət

Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edəcəyi ehtimalı var

Qarabağla bağlı vəziyyət nizamlanma istiqamətində irəliləyir, bu barədə Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla görüşdə bildirib. Əliyev danışıqlarda gələcək uğurla bağlı nikbinliyini bildirib, belə ki, Paşinyanın Qarabağı Azərbaycanın ərazisi kimi tanıması haqqında bəyanatı əsas maneəni aradan qaldırıb. Amma Moskvada Avrasiya sammitində KİV-də anons edilən sənədlər imzalanmayıb.

Bakıda ekspertlər üç ölkə liderinin Moskva görüşünün yekunları ilə bağlı fikir bildiriblər. Cənubi Qafqaz Politoloqları Klubunun sədri İlqar Əliyev Moskvada sənəd imzalanmayacağını təxmin edirdi. “Zəngəzur dəhlizi ilə bağlı isə, çox güman ki, olacaq. Razılaşdırılmış iş qrafiki, sərhədlərdə buraxılış məntəqələrinin fəaliyyəti, yüklərin və sərnişinlərin keçid şərtləri ilə bağlı qərarlar olacaq. Xüsusən, ekspress-səfərlər rejimində”, deyə o FB sosial şəbəkəsində yazıb.

Onun həmkarı Asəf Quliyev dəyişiklik olmadığını qeyd edib: Qərb Azərbaycan-Qarabağ danışıqlarında ermənilərin hüquqları haqqında beynəlxalq vasitəçilik təklif etməyə dasvam edir, Rusiya Qarabağ erməniləri məsələsini gələcəyə saxlamaq istəyir. Azərbaycan bu təklfilərin heç birini qəbul etmir.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov televiziya verilişində bildirib ki, Moskva görüşündə Paşinyan etnik qrupun xilası məqsədilə ayrılması prinsipinin icrasını irəli sürməyə davam edib.

“Xilas məqsədilə ayrılma prinsipi Ermənistanın hakim partiyası tərəfindən elan edilib, 2021-ci ildə hökumətin iclasında Paşinyan xilas məqsədilə Qarabağın müstəqilliyinin təşviq edilməsi siyasətini elan edib. Buna görə Paşinyanın Moskvada Azərbaycanın ərazi bütövlüyünün tanınması haqqında dediklərindən imtina edəcəyi, yenidən ermənilərin Qarabağdan qovulmasının qaçılmaz olduğu haqqında versiyanın təbliğinə qayıdacağı ehtimalı var”.

Eyni verilişdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev Yerevanda miatsum və daha sonra Qarabağ ermənilərinin müstəqilliyi ideyalarının beynəlxalq hüquqda mövcud olmayan xilas məqsədilə ayrılma prinsipi ilə əvəz olunduğunu qeyd edib. Buna görə Paşinyan Moskvada Qarabağ ermənilərinin təhlükəsizliyi üçün təhdid olduğunu deyib.

“Yerevan siyasi cəhətdən bu prinsipi irəli sürür. Haaqa Beynəlxalq Məhkəməsində və BMT-də Ermənistan Qarabağ ermənilərinin xilas olmasının yeganə yolunun xilas məqsədilə ayrılma prinsipinin həyata keçirilməsi olduğunu nümayiş etdirmək üçün təzyiq göstərir.(Turan)

Bənzər yazılar

Back to top button