GündəmSiyasət

Azərbaycan müdafiə naizri Gürcüstana səfər edib

Mayın 26-da Azərbaycan müdafiə naziri Zakir Həsənov Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzenin dəvəti ilə bu ölkəyə işgüzar səfərə gedib.

Müdafiə Nazirliyinin məlumatına görə Zakir Həsənov Gürcüstanın Müstəqillik Günü münasibətilə keçirilən hərbi paradda fəxri qonaq qismində iştirak edir.

Qeyd edək ki, Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun Hərbi Orkestri Gürcüstanda Müstəqillik Günü münasibətilə keçirilən silsilə tədbirlərdə iştirak edir.

Bənzər yazılar

Back to top button