GündəmManşetSiyasət

Beynəlxalq sülhməramlıların Qarabağa dəvət olunması üçün Bakının razılığı lazımdır – Peskov

RF prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 27-də Sankt-Peterburqda Laçın dəhlizi mövzusunu ətraflı müzakirə ediblər. Bu barədə cümə axşamı jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Rusiya regionda gərginlikdən narahatdır və Ermənistan və Azərbaycan arasında nizamlanmaya köməyi davam etdirəcək.

“Rusiya Federasiyası ilk növbədə üçtərəfli əsaslarla əldə edilmiş razılaşmaları yerinə yetirməklə, vasitəçilik səylərini davam etdirir və bundan sonra da davam etdirmək niyyətindədir”, deyə RİA-Novosti Peskovdan sitat gətirir.

Nikol Paşinyanın Qarabağa beynəlxalq sülhməramlı kontingent göndərmək çağırışına cavabda o, belə deyib: “Dağlıq Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlılarına BMT mandatı verilməsi, habelə beynəlxalq qüvvələrin cəlb edilməsi üçün Ermənistanın da, Azərbaycanın da razılığı lazımdır”.

“Beynəlxalq sülhməramlılar hər iki münaqişə tərəfinin razılığı olduğu halda cəlb edilə bilər. Bu isə təkcə Ermənistan deyil, həm də Azərbaycandır”, deyə Peskov qeyd edib.(Turan)

Bənzər yazılar

Back to top button