Siyasət

Peskov Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin qarşıdakı görüşündən gözləntilər barədə danışıb

Mövcud şərait yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasının mümkünlüyünə ümid etməyə imkan verir, lakin əsas məsələ zaman deyil, yekun qərardır.

Bu barədə cümə günü jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Azərbaycan, Ermənistan və Rusiya nümayəndələri tərəflər arasında məsələləri müzakirə etmək üçün “gələn həftənin sonunda Moskvada” toplaşacaqlar.

“Hər şeyi sona qədər yekunlaşdırmaq vəzifəsi yoxdur, çünki əsas son nəticədir, burada heç kim zamanın dalınca getmir”, TASS agentliyi Peskovdan sitat gətirib.

Onun sözlərinə görə, indi “sülh müqaviləsinin imzalanmasının dəqiq tarixini” proqnozlaşdırmaq çətindir.

Qeyd edək ki, bir həftə sonra Əliyev və Paşinyan Kişinyovda Avropa İttifaqı Şurası və Fransa prezidentlərinin, eləcə də Almaniya kanslerinin vasitəçiliyi ilə sülh sazişinin imzalanmasını müzakirə etməlidirlər. Odur ki, baş nazir müavinlərinin Moskvadakı görüşü Kişinyov görüşündən sonra baş tutacaq.

Baş nazir müavinlərinin görüşünə gəlincə, Rusiya prezidentinin sözlərinə görə, onlar “texniki məsələlər və şərtlər” barədə razılığa gəlməli olacaqlar ki, kommunikasiyaların açılmasına dair sənədi imzalamağa imkan yaransın.

Bənzər yazılar

Back to top button