Hadisə

Oğuz sakini polisin qanuni tələbinə məhəl qoymur? – Foto

Daha əvvəl Oğuz rayonunun Dəymədağlı kənd sakinlərinin kənddə qanunsuz yolla ağac kömürü istehsal edilməsindən narazı olduqları barədə xəbər vermişdik. DİN-in regional qrupundan bildirilmişdi ki, həmin şəxslərin bu fəaliyyətinin qarşısı alınıb.

Yenidən Yeniavaz.com-a məlumat verən kənd sakinləri bildiriblər ki, sözügedən şəxslər qanunsuz yolla ağac kömürü istehsalına yenidən başlayıblar.
Sakinlər qanunsuz fəaliyyəti əks etdirən fotoları da redaksiyamıza təqdim ediblər.



Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məsələ ilə bağlı Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirib ki, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Dəymədağlı kənd sakini Adı Bəkirovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən orada qanunsuz yolla ağac kömürü istehsal edən quyu aşkarlanıb:
“Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və barəsində toplanmış materiallar aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə göndəriləcək.
Qeyd edək ki, bir müddət əvvəl də A.Bəkirov barəsində analoju əməlinə görə protokol tərtib edilmişdi”.

Bənzər yazılar

Back to top button