Siyasət

Arayık Qarabağda fövqəladə vəziyyət tətbiq edir

Qarabağ separatçılarının lideri Arayik Arutyunyan cümə günü verdiyi fərmana əsasən, küçə mitingləri qadağan edilib.

İstənilən kütləvi tədbirlər yalnız “hökumət”in icazəsi ilə keçirilə bilər.

Digər bir fərman isə ifadə azadlığını məhdudlaşdırır. “Qarabağın müdafiə qabiliyyətinə, təhlükəsizliyinə, ərazi bütövlüyünə, suverenliyinə, konstitusiya və ya ictimai asayişinə qarşı yönəlmiş informasiya və təbliğatın axtarışını, əldə edilməsini və istənilən KİV-də yayılmasını qadağan edilir”.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Xatırladaq ki, son günlər Qarabağda Arayik Arutyunyanın istefasını tələb edən və kütləvi aksiyalara çağıran müxtəlif qruplar arasında mübarizə kəskin şəkildə şiddətlənib.(Turan)

Bənzər yazılar

Back to top button