GündəmManşetSiyasət

Yerevan və Qarabağ erməniləri Əliyevin ultimatumunu qəbul etməyib və müharibəyə hazırlaşır

İlham Əliyevin “Qarabağın dövlət strukturlarının” buraxılması və Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığını qəbul etməsi tələbləri qəbuledilməzdir. Bu barədə Ermənistan XİN-in Azərbaycan prezidentinin mayın 28-də Qarabağ separatçılarına müraciətinə cavab olaraq yaydığı bəyanatda bildirilir.

Ermənistan XİN Əliyevin müraciətini BMT Nizamnaməsinin və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli Soçi bəyanatının, 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın pozuntusu hesab edir. Azərbaycan Dağlıq Qarabağı mühasirəyə alıb və Qarabağ ermənilərinə qarşı “etnik təmizləmə” aparmaqla təhdid edir, deyə bəyanatda qeyd edilir.

“Azərbaycan nəinki Dağlıq Qarabağ əhalisini soyqırım ilə təhdid edir, həm də Ermənistanın müstəqilliyini və ərazi bütövlüyünü şübhə altına qoyur”, Ermənistan XİN belə hesab edir.

Öz növbəsində, Qarabağ “parlamenti” Bakını “etnik təmizləmə” hazırlamaqda ittiham edən bəyatan yayıb. Bu, Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşaya bilməyəcəyini sübut edir.

“Arsax xalqı öz müqəddəratını təyin etmə, suverenlik və dövlətçilik yolunu seçib, bunun dayağı prezident və milli məclisdir. Buna görə biz Arsax xalqının öz müqəddəratını təyin etmək hüququna, suverenliyinə və təhlükəsizliyinə bu cür qəsdləri qətiyyətlə pisləyirik”, deyə bəyanatda qeyd edilir.

Separatçılar Rusiyanı və beynəlxalq ictimaiyyəti Qarabağa qarşı “hərbi təcavüzə” yol verməməyə çağırırlar, deyə bəyanatda bildirilir.

Xatırladaq ki, İlham Əliyev mayın 28-də Laçında Qarabağ ermənilərindən separatçılıqdan və düşmənçilikdən əl çəkməyi, silahlı qüvvələri tərksilah etməyi, qondarma dövlət qurumlarını buraxmağı, Azərbaycan qanunvericiliyini qəbul etməyi və bu ölkənin vətəndaşı kimi yaşamağı tələb edib. Əks halda, onlar barəsində müvafiq tədbirlər görüləcəyini qeyd edib.(Turan)

Bənzər yazılar

Back to top button