ManşetSiyasət

Şarl Mişel Əliyev və Paşinyanla müzakirə olunan mövzuları açıqlayır

“Kişinyovda Azərbaycan prezidenti və Ermənistan baş naziri ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması haqqında müzakirələrin davam etdirilməsini səbrsizliklə gözləyirəm”. Bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bu görüş ərəfəsində öz Tvitter hesabında yazıb.

“Suverenliyə və ərazi bütövlüyünə hörmət qarşılıqlı olaraq təsdiq edilməlidir, həmçinin sərhəd rayonlarında riskləri azaltmaq üçün sərhədlərin delimitasiyası işində irəliləyiş əldə olunmalıdır.

Bakı və keçmiş DQMV-də yaşayan ermənilər arasında onların hüquqları və təhlükəsizliyi haqqında dialoq hazırda həlledici əhəmiyyətə malikdir. Maksimalist mövqelərdən uzaq durmaq və dialoq qurmağa çalışmaq vacibdir. 30 ildən çoxdur davam edən münaqişədən sonra yaralar dərhal sağalmır. Cəsarətli qərarlara ehtiyac var”, deyə Mişel yazıb.

Beləliklə, o, faktiki olaraq danışıqların mövzusunu açıqlayıb – Qarabağ ermənilərinin hüquqları və Bakının güc yolu ilə həldən imtina etməsi.

Bənzər yazılar

Back to top button