Mədəniyyət

Azərbaycanlı aktyor beynəlxalq rəqəmsal teatr festivalında iştirak edəcək

İyunun 1-də saat 20:00-da ONLİFE iDEA Fest beynəlxalq online teatr festivalı çərçivəsində F.M.Dostoyevskinin eyniadlı povestinin motivləri əsasında “Utancaq” tamaşası nümayiş olunacaq. Baş rolu Azərbaycanın əməkdar artisti Şövqi Hüseynov ifa edir, bu barədə layihənin təşkilatçılarının press-relizində deyilir.

“Utancaq” kritik anda öz həyatını, keçmişini, ruhunu yenidən toplamağa çalışan bir insanın etirafıdır.

Festivalda Azərbaycan, Gürcüstan, Kipr, Moldova, Özbəkistan və Rusiyadan olan aktyorların iştirakı ilə ümumilikdə 7 tamaşa nümayiş olunacaq.

Formatın bir xüsusiyyəti ondan ibarətdir ki, tamaşa başa çatdıqdan sonra dəvət olunan teatr tənqidçiləri ilə müzakirələr aparılır. Tamaşaçılar xüsusi çatda rejissora və aktyorlara sual verə, həmçinin tamaşa ilə bağlı təəssüratlarını bölüşə bilirlər.

Yeni tamaşanın yayımını və əvvəlki nümayişlərin videoyazılarını https://onlifeideafest.com/ saytında izləmək olar.(Turan)

Bənzər yazılar

Back to top button