Cəmiyyət

Havanın hərarəti get-gedə artır

Sabah, mayın 31-də Bakıda və Abşeron yarımadasında əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, havanın temperaturu gecə 19-24 dərəcə isti, gündüz 25-30 dərəcə isti olacaq.

Sabah Azərbaycanın bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə isə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23 dərəcə isti, gündüz 30-34 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 14-19 dərəcə isti olacaq.

Bənzər yazılar

Back to top button