Hadisə
“Riyad” Ticarət Mərkəzində yanğın: 2 nəfər xəsarət alıb
Fövqəladə Hallar Nazirliyi bu gün “Riyad” Ticarət Mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.
Qaynarinfo FHN-nin saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhərində ticarət mərkəzinin ərazisində yerləşən mağazanın alkopandan ibarət üzlüyü 340 m² sahədə və qapısı yanıb.
Yanğın zamanı 2 nəfər yüngül yanıq xəsarəti alıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.