GündəmManşetSiyasət

Azərbaycan və İsrail prezidentləri İrandan gələn təhdidləri müzakirə ediblər

İsrail prezidentinin Azərbaycana səfəri ikitərəfli əlaqələri gücləndirəcək. İki ölkə arasında çox fəal siyasi dialoq var. İsraildə Azərbaycan səfirliyinin açılması əlaqələri daha yüksək səviyyəyə qaldıracaq. Bu barədə dövlət başçısı İlham Əliyev mətbuata İsrail prezidenti İshak Hersoqla birgə bəyanatında bildirib.

İki ölkə arasında ticarət dövriyyəsi 1,7 milyard ABŞ dollarından çoxdur. Birgə layihələr nəticəsində daha balanslaşdırılmış ticarət dövriyyəsi olacaq və o, təkcə enerji amilindən asılı olmayacaq. “Biz investisiya layihələri, interkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar görürük”, deyə Əliyev qeyd edib.

İrriqasiya və kənd təsərrüfatı sahəsində böyük işlər görülüb və Azərbaycan kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün İsrailin müsbət təcrübəsindən istifadə etmək istəyir.

Bundan başqa, kibertəhlükəsizlik sahəsində fəal əməkdaşlıq var. “Bu sahədə İsrail şirkətlərinin böyük təcrübəsi bizim üçün faydalı olacaq”.

Müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq var. “Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır”, deyə Əliyev qeyd edib.

Həmçinin qarşılılıqlı turist axını səviyyəsinin qaldırılması məsələləri müzakirə olunub. “Həftədə yalnız dörd reys var və hesab edirəm ki, bu, yetərli deyil. Nümayəndə heyətlərinin üzvlərinə uçuşların sayının artırılması ilə bağlı göstərişlər verilmişdir və bunun təkcə mövsümi əsasda yox, – çünki adətən yay vaxtlarında daha çox uçular olur, – daimi əsasda edilməsi tapşırılmışdır”, deyən Əliyev Azərbaycan yəhudi icmasının ikitərəfli münasibətlərin inkişafında böyük rolunu qeyd edib.

Öz növbəsində, İshak Hersoq deyib ki, onun səfəri İsrail üçün böyük əhəmiyyət kəsb edir. O, İlham Əliyevi İsrailə dövlət səfərinə dəvət edib.

Yəhudilərin ölkədəki irsinin kökləri Azərbaycan tarixinə öz böyük töhfəsini verib. “Sirr deyil ki, ölkəniz əhalisinin əksəriyyəti şiələr olan müsəlman ölkəsidir. Buna baxmayaraq, millətlərimiz arasındakı sevgi və bağlılıq dünyanı necə dəyişdirə biləcəyimizin və irəli gedə biləcəyimizin nümunəsidir”, deyə o bildirib.

Azərbaycanın dünyada və regionda böyük təsirə malikdir. “Biz İranın təhlükə və təhdid yaratdığı qlobal, regional təhlükəsizlik strukturuna nəzər saldıq, bu məsələni dərindən müzakirə etdik”, deyən Hersoq təfərrüatları açıqlamayıb.

“Əminəm ki, mənim və nümayəndə heyətimin bu səfəri əlaqələrimizin daha da inkişafı baxımından bir mərhələ olacaq”, deyə o qeyd edib.

Bənzər yazılar

Back to top button