Cəmiyyət

Masallıda yararsız vəziyyətdə olan uşaq bağçası – Video

Masallı rayon Xırmandalı kənd uşaq bağçası 1981 – ci ildə tikilib istifadəyə verilib.

AzToday.az xezerxeber.az-a istinadla xəbər verir ki, vaxtı ilə bağça iki korpusdan ibarət olub. Korpuslardan biri qəzalı vəziyyətdə olduğuna görə fəaliyyəti dayandırılıb.

Hazırda fəaliyyətdə olan korpusda da pəncərə, qapılar qırıq vəziyyətdədir.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bağçanın ən böyük problemlərindən biri də içməli su ilə bağlıdır. Müəllimlər su maşınlardan həftə ərzində 3 dəfə, 600 litr su alıb, xüsusi çənlərə doldururlar.

Bu da onlara ay ərzində təxminən 100 manata başa gəlir.

Aidiyyəti orqanlar bağçanın problemlərindən xəbərdardılar. Gələcəkdə bağçanın su problemini aradan qaldırmaq üçün subartezian quyuların qazılması nəzərdə tutublar.

Qeyd edək ki, hazırda bağçada iki qrup fəaliyyət göstərir.

Ətraflı videomaterialı təqdim edirik:

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button