Cəmiyyət

Universitetlərin “levi” gəlir mənbəyi – “Sərbəst iş”in taleyi necə olacaq?

Universitetlərdə tədris ilinin sonuna doğru “sərbəst iş” təlaşına düşürlər. Bəzi tələbələr vaxtının böyük qismini bu işə ayırsalar da, bəziləri isə pul müqabilində başqalarına yazdırır. Artıq bu məsələ ilə bağlı xüsusi şirkətlər də mövcuddur.

Məsələ ilə bağlı Trend-in suallarını cavablayan təhsil eksperti Kamran Əsədov bildirib ki, hazırda ali təhsil müəssisələrində tələbələrin akademik yüklərindən biri müəyyən mövzularla bağlı sərbəst işlərin yazılmasıdır.

“Pandemiya dövründə Azərbaycan sərbəst işlər ləğv edildi və tələbələr müvafiq ballarla qiymətləndirildi. Kurs və sərbəst işlərin mahiyyəti tədris olunan fənn üzrə bilik və bacarlıqların formalaşdırılmasıdır. Çox təəssüflər olsun ki, ciddi şəkildə biz bu sahədə plagiat və təkrarçılığı görürük. Bir çox ali təhsil müəssisələrində sərbəst işlər süni şəkildə pul yığmaq mexanizminə çevrilib. Bu gün kurs işi və sərbəst işlər hər hansı bir elmi əhəmiyyət daşımır. Bu da ciddi problemdir. Biz bunun elmi yükünü müşahidə etmirik. Kurs işləri akademik qiyətləndirmə meyarı olaraq göstürülsə də, birmənalı şəkildə kurs işlərinin ləğvini təmin etməliyik. Bunun əvəzində tələbələr təqimatlar, hesabatlar təqdim edə bilər. Sərbəst iş Azərbaycan tələbəsinə heç nə vermir. Onun öyrdəcilik funksiyasını görmürük. Hər hansı bir hesabat işi yazılsa daha yaxşı olar”, – deyə K.Əsədov bildirib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Təhsil eksperti Elçin Süleymanov isə qeyd edib ki, universitetlərin tədris proqramında nəzəri biliklərlə yanaşı, praktik tətbiqlərdə önəmlidir.

“Daha əvvəlki təhsil sistemində hər bir sərbəst iş 1 bal olmaq üzrə 10 sərbəst iş verirdi. Tələbələr bunu formal olaraq hazırlayırdı. Keyfiyyət bir o qədər də olmurdu. Sonra bu üsul ləğv edildi və bir sərbəst iş 10 ballıq sistemlə qiymətləndirildi. Sərbəst işlərin təhsil sistemində olması hər zaman faydalıdır. Nəzəriyyənin müəyyən praktiki tərəfinin ortaya qoyulmasında önəmlidir. Bu cür bilik daha qalıcı olur. Bununla həm də təqdimat və kommunikasiya bacarığı inkişaf edir”, – deyə E. Süleymanov əlavə edib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button