İdman

“Qalatasaray” çempionluğa görə nə qədər pul alacaq?

Ötən gün “Qalatasaray” klubu vaxtından əvvəl Türkiyə çempionluğunu rəsmiləşdirib.

Yeniavaz.com “Hürriyet” qəzetinə istinadən xəbər verir, rəsmiləşən çempionluqdan sonra sarı-qırmızılıların nə qədər gəlir əldə edəcəyi bəlli olub.

Bildirilib ki, iştirak haqqı, keçmiş çempionluqlar və digər göstəricilərə görə 193 milyon 920 min lirə almağa haqq qazanan sarı-qırmızılı komanda həftəsonu oynayacağı “Fənərbaxça” derbisini qazanacağı təqdirdə bu məbləği 196,2 milyon lirəyə yüksəldəcək.

“Qalatasaray” avrokuboklardan və çempionluq sayəsində artacaq lisenziyalı məhsul satışlarından, reklam və sponsorluq müqavilələrindən də yüz milyonlarla lirə qazanacaq.

Bundan əlavə qeyd edilib ki, Türkiyə Futbol Federasiyası Superliqadakı hər komandaya 33,4 milyon lirə, çempiona isə 33,2 milyon lirə ödəyir. Hər qələbəyə 2,3 milyon lirə verildiyi Super Liqada indiyə qədər 26 qələbə qazanan və 59,8 milyon lirə qazanan Cimbom, 4 oyundan matçları heç-heçə başa vurduğu üçün cəmi 4,6 milyon lirə (hər heç-heçə üçün 1,15 milyon lirə) pul mükafatı alacaq.

Bənzər yazılar

Back to top button