ManşetSiyasət

ABŞ Əliyevin Qarabağ separatçılarına amnistiyanın mümkünlüyü barədə sözlərini alqışlayır

Çərşənbə axşamı ABŞ Dövlət Departamenti bu həftə Kişinyovda Ermənistan və Azərbaycan arasında gözlənilən danışıqlar ərəfəsində bəyanatla çıxış edərək dinc səyləri dəstəkləməyə hazır olduğunu təsdiqləyib, Turan-ın Vaşinqton müxbiri bildirib.

“Biz Ermənistanla Azərbaycan arasında danışıqların davam etdiyini görməkdən məmnunuq”, – mətbuat katibi Metyu Millerin bəyanatında deyilir. “Dövlət katibi Blinkenin dediyi kimi, Cənubi Qafqazda sülhə nail olmaq mümkündür”, – o qeyd edib.

Dövlət Departamenti xatırladıb ki, bu yaxınlarda sülhə sadiq olduğuna görə baş nazir Paşinyana təşəkkürünü bildirib və “biz amnistiya məsələsinə baxılması ilə bağlı prezident Əliyevin son fikirlərini alqışlayırıq”.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

“Ermənistan və Azərbaycan liderləri bu həftə Kişinyovda bizim avropalı tərəfdaşlarımızla görüşəcəklər və ümid edirik ki, bu, zorakılıq yolu ilə yox, danışıqlar masası arxasına oturmaqla həmin məsələlərin həlli istiqamətində məhsuldar addım olacaq”, -bəyanatda deyilir.

Bəyanat həmçinin eskalasiyadan çəkinməyə çağırır. “Aqressiv ritorika yalnız keçmişin zorakılığını əbədiləşdirə bilər. Konstruktiv dialoq həm ictimai, həm də özəl dialoq kimi sülh, imkanlar və ümid yarada bilər”, – Miller deyib.

“Birləşmiş Ştatlar hər iki tərəfin davamlı və layiqli sülh sazişinin bağlanması üzrə səylərini dəstəkləməyə hazırdır”, – o vurğulayıb.

Xatırladaq ki, mayın 28-də Laçında İlham Əliyev Qarabağ separatçılarını istefaya getməyə və Azərbaycanın qanunlarını tanımağa çağırıb. Belə olduğu halda onlar amnistiyaya ümid edə bilər, – o deyib.

Bənzər yazılar

Back to top button