Siyasət

Co Bayden: “Azərbaycan qlobal enerji təchizatına kömək edir”

Otuz ildən artıqdır ki, Azərbaycan və Birləşmiş Ştatlar transmilli təhdidlərə qarşı mübarizədən tutmuş inklüziv iqtisadi artımın təşviqinə qədər möhkəm tərəfdaşlıq qurublar. Bu barədə Amerika prezidentinin Bakıda “Xəzər neft və qazı” adlı ənənəvi beynəlxalq sərginin açılışı münasibətilə göndərdiyi məktubda deyilir. Baydenin məktubunu açılış mərasimində ABŞ dövlət katibinin köməkçisi Jefri Payat oxuyub.

“Azərbaycan, Cənub Qaz Dəhlizi də daxil olmaqla, Orta Dəhlizin inkişaf etdirilməsindən tutmuş enerji dayanıqlığını gücləndirən enerji diversifikasiyasının artırılmasına qədər, təhlükəsiz enerji təchizatına olan qlobal ehtiyacın ödənilməsinə kömək edir”, – Bayden qeyd edib.

“Bu istiqamətlərdə iş gördüyünüz, o cümlədən qanunun aliliyinə təkan verəcək və Azərbaycan xalqı üçün imkanlar yaradacaq islahatlar apardığınız müddətcə ABŞ Azərbaycanın yanında olacaq.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bundan əlavə, Cənubi Qafqazda təhlükəsizliyin və rifahın təşviqinə kömək edəcək davamlı və ədalətli sülhü dəstəkləməyə davam edəcəyik.

Qarşıdan gələn illərdə əməkdaşlığımızın davamlı olacağına ümid edirəm”, – Baydenin məktubunda deyilir.

Bənzər yazılar

Back to top button