İdman

Murad Musayevdən Kaşukla bağlı önəmli açıqlama

“Sabah”ın baş məşqçisi Murad Musayev ukraynalı yarımmüdafiəçi Aleksey Kaşukun klubdakı gələcək karyerası ilə bağlı açıqlama verib.

Qol.az xəbər verir ki, rusiyalı mütəxəssis İTV-də yayımlanan “Bol İdman” verilişinə müsahibəsində bildirib ki, hazırda Kaşukun oynadığı mövqe də daxil olmaqla hər xətt üzrə yeni futbolçu axtarışları davam edir: “Bizim belə bir planımiz var. Lakin Kaşuk komandada qalsa belə, bununla bağl problem olmayacaq”.

“Avrokuboklara yəqin ki, onsuz başlayacağıq”

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Müqavilə ilə Donetsk “Şaxtyor”una məxsus olan futbolçunun “Sabah”la müqavilə başa çatır. Qeyri-rəsmi məlumatla görə, “Şaxtyor” Kaşukun birdəfəlik transferi üçün “Sabah”dan yüksək məbləğ tələb edib. Məbləğin 5 milyon avro olduğu da iddia edilib.

Murad Musayevin sözlərinə görə, hazırda Kaşukun komandada qalib-qalmayacağı ilə bağlı qeyri-müəyyənlik var: “Onu qarşıda gənclər arasında Avropa çempionatı gözləyir (Ukrayna millisi ilə). Düşünürəm ki, özünü həmin çempionatda necə göstərəcəyindən çox şey asılı olacaq. Lakin istənilən halda düşünürəm ki, ona artıq təklif var. Ola bilər “Şaxtyor” futbolçusunu qaytarmaq istəsin. Nəzərə alaq ki, onlar Mudriki “Çelsi”yə satıblar. Qısası bizə çətin olacaq. Avrokuboklara yəqin ki, onsuz başlayacağıq. Sonrasına baxarıq”.

Qeyd edək ki, Kaşuk son mövsüm “Sabah”ın uğurlarında önəmli rol oynayıb və komandanın liderlərindən birinə çevrilməyi bacarıb. O, 2022/23 mövsümü bütün turnirlərdə (Azərbaycan çempionatı və kuboku) 33 oyun keçirib, 16 qol vurub və 10 qolun ötürməsini edib.

Bənzər yazılar

Back to top button