İdman

“Barselona” yeni plan üzərində işləyir – Messi belə qayıda bilər

“Barselona” Lionel Messini geri qaytarmaq üçün yeni plan üzərində işləyir.

Fanat.az xəbər verir ki, informasiyanı “L’Équipe” yayıb.

Xəbərə görə, Kataloniya təmsilçisi Səudiyyə Ərəbistanından fantastik təklif alan Messini ABŞ klubu “İnter Mayami”nin köməyi ilə heyətə qatmaq istəyir. Argentinalı ulduzun maliyyə tələblərini qarşılamağa çətinlik çəkən “Barsa”nın superulduzun “İnter Mayami”yə keçidinə yardımçı olmağa çalışdığı və ardından Leonu bu klubdan icarəyə götürməyi planlaşdırdığı bildirilib. Bu plan baş tutacağı təqdirdə, Messinin 6 və ya 18 aylıq icarə müqaviləsi ilə Kataloniya təmsilçisinə qayıdacağı diqqətə çatdırılıb.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qeyd edək ki, Messinin PSJ ilə müqaviləsinin müddəti gələn ay başa çatacaq.

Bənzər yazılar

Back to top button