İqtisadiyyat

Gömrük Komitəsindən “MET-AK” şirkətinə ittiham – İdxal bəyannaməsi verməyib

Dövlət Gömrük Komitəsi (DGK) “MET-AK” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə protokol tərtib edib.

Qaynarinfo xəbər verir ki, protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İşə hakim Xalidə Əlisoyun sədrliyi ilə baxılacaq.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslərin isə min beş yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulur.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

“MET-AK” MMC 10 yanvar 1997-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 39 471 600 manat olan şirkətin qanuni təmsilçisi Kərimov Aydın Alik oğludur.
Aydın Kərimov qaçış, velosiped və üzgüçülük idman növlərini özündə birləşdirən trilatlonla məşğuldur. O, 2018-ci ildə “MET-AK”ın kommersiya direktoru, 2012-ci ildən isə şirkətin direktoru vəzifəsində çalışır.

Şirkətin təsisçisi isə Aydın Kərimovun atası Alik Kərimovdur.

2015-ci ildə Aydın Kərimov Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. 2017-c ildə “MTN işi” üzrə keçirilən məhkəmədə məlum olub ki, Aydın Kərimov qeyri-qanuni saxlanılıb. Məqsəd onun atasından pul almaq olub.

Bu barədə Alik Kərimov məhkəmədə bildirib: “Mənə zəng etdilər ki, Aydın itib. Dərhal tanıdığım adamlara zəng etdim, nəhayət, MTN-dən dedilər ki, oğlum nazirlikdədir. Adını çəkmək istəmədiyim bir yaxın şəxsə zəng edərək, oğlumun buraxılmasını, dərhal Bakıya qayıdacağımı və bütün məsələlərə görə şəxsən cavab verməyə hazır olduğumu dedim”.

İş adamı əlavə edib ki, ilk təyyarə ilə Bakıya qayıdıb və MTN-in yaxınlığındakı “Naxçıvan” restoranında təqsirləndirilən MTN-nin vəzifəli şəxsi Natiq Alıyevlə görüşüb. Ondan nazirliyə 500 min dollar vermək tələb edilsə də, bu qədər vəsaitinin olmadığını və 50 min dollara razılaşdıqlarını deyib: “Puldan əlavə, Füzuli Əliyev (MTN-nin vəzifəli şəxsi-red) mənə tikinti materialları siyahısı verdi və həmin siyahıya uyğun olaraq, anbardan 35 min dollarlıq mal buraxdım”.

Alik Kərimov sonda bildirib ki. ona dəymiş zərər geri qaytarılacağı təqdirdə şikayətini götürəcəyini bildirib.

“MET-AK” şirkətinin adına fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznesi bağlı araşdırma materiallarında da rast gəlinir. Həmin materiallarda şirkətin Kəmaləddin Heydərova məxsus olduğu bildirilir. Bu iddia indiyə qədər təkzib olunmayıb.

Bənzər yazılar

Back to top button