Hadisə

“Savadlıdır, amma əxlaqi dəyərləri yerində deyil” – Siyavuş Novruzov

Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı problemlər var.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov bildirib.

Deputat çıxışı zamanı bəzi şikayətlərini dilə gətirib. “Müəllim bilmir ki, nəyə hazırlaşsın, nədən başlasın. Abituriyentlər üçün müəyyən vasitələr var. Amma müəllimlər üçün yoxdur. Bu da ciddi problemlər yaradır. Artıq neçə illərdir ki, müəllimlərin sertifikasiya prosesi aparılır, amma onlar üçün hələ də vəsait hazırlaya bilməyiblər. Qeyd edirlər ki, müəllimlərin hazırlaşması üçün ölkədə 57 müəssisə var. Amma gəlin görək ki, ölkədə müəllimlərin sayını nəzərə alsaq, onlar necə yerləşəcəklər?”.

“İkinci məsələ isə müəllimlərin əxlaqi dəyərləri ilə bağlıdır. Elə müəllimlər var ki, çox savadlı ola bilər, amma əxlaqi dəyərləri yerlərində deyil. Belə olan halda biz müəllimin əxlaqi dəyərlərini hansı imtahan vasitəsi ilə ölçəcəyik? Bunlara diqqət yetirilməlidir. Digər tərəfdən ölkədə peşə məktəbləri ilə bağlı problemlər var.

Regionlarda peşə məktəbləri çox olmalıdır. Belə olan halda gənclərin çoxu elə universitetlərə də müraciət etməzlər”, – o vurğulayıb.

Bənzər yazılar

Back to top button