İdman

Messi bu həftə PSJ-dən gedir – Rəsmən təsdiqləndi

Bu mövsüm başa çatdıqdan sonra Lionel Messi PSJ-ni tərk edəcək.

Qol.az “L’Equipe” nəşrinə istinadən xəbər verir, bu barədə məlumatı klubun baş məşqçisi Kristof Qaltye jurnalistlərə bildirib. O deyib ki, Liqa-1-ci 38-ci turunun “Klermon”a qarşı matçı argentinalı futbolçunun Paris təmsilçisində sonuncu oyunu olacaq.

“Mənim üçün dünya futbol tarixinin ən yaxşı oyunçusunu çalışdırmaq fəxr idi. “Klermon”a qarşı görüş Leonun “Park de Prens”dəki sonuncu oyunu olacaq” – deyə o bildirib.

PSJ – “Klermon” matçı iyunun 3-ü, Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Bu, PSJ-nin cari mövsümdə sonuncu oyunu olacaq.

Qeyd edək ki, 35 yaşlı Messinin PSJ ilə müqaviləsi bu mövsümün sonu başa çatır. O, klubla 2021-ci ilin avqustunda 2 mövsümlük müqavilə imzalamışdı. Messi bu mövsüm PSJ ilə bütün turnirlərdə 40 oyunda meydana çıxıb, 21 qol vurub, 20 qolun ötürməsini edib.

Bənzər yazılar

Back to top button