Dünya

Rusiyanın Ukraynadakı müharibəsi “strateji uğursuzluq” idi – Blinken

Rusiyanın Ukraynadakı müharibəsi uzun illər onun maraqlarını və “bütün dünyadaki” təsirini azaldan strateji uğursuzluq idi. Bunu ABŞ dövlət katibi cümə günü Finlandiyada deyib.

“Şübhə yoxdur ki, bu gün Rusiya Ukraynaya genişmiqyaslı işğaldan əvvəlkindən daha pis hərbi, iqtisadi və geosiyasi vəziyyətdədir.

Blinken Ukraynaya dəstəyi dayandırmaq təkliflərini rədd edib. Əvəzində o, Kiyevə hərbi yardımı davam etdirəcəyini vəd edib.

“Bizim Putinin istəkləri ilə bağlı heç bir illüziyamız yoxdur və inanırıq ki, daha güclü Ukrayna real sülh üçün ilkin şərtdir”, – Blinken əlavə edib.

Bu arada, Vaşinqton Putini danışıqlar masası arxasına gətirən istənilən təşəbbüsü “alqışlayır”, ancaq bu, Ukraynanın ərazi bütövlüyünü təmin etdiyi halda ola bilər, Blinken əlavə edib.

“Braziliya, Çin və ya hər hansı digər ölkə tərəfindən BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq ədalətli və davamlı sülhə gedən yol tapmağa kömək etsələr, biz bu səyləri dəstəkləyəcəyik” o deyib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button