GündəmManşetSiyasət

“Dəmir yolunun bərpası ilə bağlı ümumi anlaşma əldə olunub” – Aleksey Overçuk

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə keçirilən üçtərəfli İşçi Qrupunun iclasının yekunları barədə mətbuata bəyanatla çıxış edib.

Bəyanatda deyilir:

“Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası liderlərinin 2023-cü il mayın 25-də Moskvada keçirilən görüşdə əldə etdikləri razılaşmaların həyata keçirilməsi məqsədilə iyunun 2-də üçtərəfli İşçi Qrupunun 12-ci iclası keçirilib. Rusiya paytaxtında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryan və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun birgə sədrliyi ilə keçirilib.

Görüş konstruktiv şəraitdə keçib. Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında nəqliyyat əlaqələrinin bloklanmasının aradan qaldırılması üsullarının əlaqələndirilməsi sahəsində mühüm irəliləyiş məmnunluqla qeyd olunub. Xüsusilə, Arazdəyən-Culfa-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub.

Danışıqların nəticələri barədə Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyasının rəhbərlərinə məlumat veriləcək.

Tərəflər üçtərəfli İşçi Qrupu çərçivəsində işi davam etdirmək barədə razılığa gəliblər”.

Bənzər yazılar

Back to top button