Cəmiyyət

15 yaşlı kəlbəcərli şagird 107 min dollarlıq təqaüd qazanıb

Fizika, riyaziyyat və informatika təmayüllü Respublika Liseyinin X sinif şagirdi Ayxan Kazımlı 2023-cü ildə UWC (Beynəlxalq Dünya Kolleci) proqramını qazanıb. Təxminən 107 000 dollar təqaüd alan Ayxan Kazımlı 2023-2024-cü tədris ilindən təhsilini Çində IB proqramı üzrə davam etdirəcək.

UWC Azərbaycan Komitəsinin yaydığı məlumatda bildirilir ki, 2023-cü il üzrə seçim prossesi yekunlaşıb: “Seçim prosesindən uğurla keçərək, UWC Azərbaycan Milli Komitəsinin etimadını qazanmış Ayxan Kazımlını sizlərə təqdim edirik! Fizika, riyaziyyat, və informatika təmayüllü respublika liseyinin şagirdi olan Ayxan Milli Komitənin təqdimatı əsasında Çində yerləşən UWC Changshu China Kollecində 2023-2025-ci illərdə tam təqaüdlə təhsil alacaq.

Məktəbinin əlaçısı olan Ayxan 2022-ci ildə Beynəlxalq STEAM Azərbaycan festivalında gümüş medalın sahibidir. İstedadını fərqli sahələrdə sınayan şagirdimiz tar ixtisası üzrə musiqi məktəbi məzunu olmaqla yanaşı, Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən şahmat yarışında gümüş medal qazanmış, həmçinin “Məktəblilər üçün elektronika” təlim proqramını (Technest scholarship) uğurla tamamlamışdır.

Ayxan parallel olaraq “GuarantEdu” adlı start-up layihəsi ilə məşğul olur. Layihənin missiyası universitetlərə müraciət edən orta məktəb şagirdlərini hazırda həmin universitetlərdə təhsil alan tələbələrlə əlaqələndirərək, şagirdlərin məlumat və dəstək alması sayəsində universitet həyatına uyğunlaşma müddətini asanlaşdırmaqdan ibarətdir.”

Qeyd edək ki, Ayxan Kazımlı jurnalist, Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid (Vahidoğlu) Kazımovun oğludur. Xalid Kazımov oğlunun təhsildə qazandığı böyük uğura özünün sosial şəbəkədəki səhifəsində belə reaksiya verib

Onu da qeyd edək ki, Ayxan Kazımlı əslən Kəlbəcər rayonunun Başlıbel kəndindəndir.(Moderator.az)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button