İdman

Aqueronun oğlu PSJ-yə sataşdı: “Messi sizin üçün çox böyükdür”

“Barselona”nın və “Mançester Siti”nin sabiq hücumçusu Serxio Aqueronun oğlu Benjamin Aquero argentinalı Lionel Messinin PSJ-dən ayrılmasına münasibət bildirib.

Fanat.az xəbər verir ki, Benjamin Fransanın top-klubuna sataşıb.

PSJ-nin mətbuat xidməti klubun sosial şəbəkə hesabında argentinalı ulduzun fotosunu paylaşaraq onunla vidalaşıblar.

Oğul-Aquero isə paylaşımının altına “O, sizin üçün çox böyükdür” şərhini yazıb.

Xatırladaq ki, 35 yaşlı Messi PSJ-dən azad agent kimi ayrılıb. O, 2021-ci ilin yayından sözügedən komandada oynayıb. Ulduz forvard ötən mövsüm 32 liqa oyununda 16 qol vurub və 16 məhsuldar ötürmə edib.

Messinin karyerasını davam etdirmək variantları arasında “Barselona”, “Əl-Hilal” və “İnter Mayami” var. Ancaq Lionelin atası Xorxe oğlunun 2000-2021-ci illərdə çıxış etdiyi “Barselona”ya qayıtmaq istədiyini bildirib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button