Cəmiyyət

Bakıda hava küləkli olacaq, rayonlarda yağış yağacaq

İyunun 7-də Bakıda və Abşeronda gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə müsbət 16 +21, gündüz müsbət 23 +27 dərəcə olacaq, Azərbaycan Milli Hidrometeorologiya Xidməti bildirib.

Ölkə rayonlarında yağış davam edəcək, bəzi yerlərdə leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək.

Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə müsbət 15 +19, gündüz müsbət 22 + 27, dağlarda gecə müsbət 5 + 10, gündüz müsbət 12+17 dərəcə olacaq.

Bənzər yazılar

Back to top button