Siyasət

AŞPA həmməruzəçiləri bir qrup hüquqşünas və hüquq müdafiəçisi ilə görüşüblər

Vəkillər və hüquq müdafiəçilər iyunun 6-da Avropa Şurasının Parlament Asambleyasının Monitorinq Komitəsinin Azərbaycanın monitorinqi üzrə həmməruzəçiləri Yan Liddel-Qreynqer (Böyük Britaniya) və Liz Kristoffersen (Norveç) görüşüblər.

Vəkil Əsabəli Mustafayev Turana bildirir ki, görüşdə vəkillər Azərbaycanda insan haqları, o cümlədən sərbəst toplaşmaq, söz, birləşmək azadlığı ilə bağlı vəziyyətini həmməruzəçilərin diqqətinə çatdırdılar. “O cümlədən siyasi məhbuslar problemi ilə bağlı danışdıq. Bəxtiyar Hacıyevin və İlkin Süleymanovun məsələsi da diqqətlərinə çatdırılıb. Həmçinin biz sənədləri də təqdim etdik. Mən 2014-cü ildə QHT-lərə qarşı cinayət işi çərçivəsində o vaxtkı Baş prokuror Zakir Qaralovun imzaladığı QHT-lərin bank hesablarına həbs qoyulması barədə qərarın surətini təqdim etdim. Bildirdim ki, qərar 11 aydan çox qüvvədə qala bilməz, amma bu qərar 9 il keçməsinə baxmayaraq hələ də qüvvədədir”.

O, qeyd edib ki, görüşün nəticələrin olacağına ümidlidir.

Bənzər yazılar

Back to top button