Dünya

ABŞ İrana qarşı yeni sanksiyalar elan edib

Çərşənbə axşamı Bayden Administrasiyası İran, Çin və Honkonqdan İranın ballistik raket proqramının inkişafı ilə əlaqəsi olan bir qrup şəxsə və firmaya qarşı yeni sanksiyaları açıqlayıb. Bu barədə Turan-ın Vaşinqtondakı müxbiri bildirib.

Bu addım Tehranın ilk hipersəs ballistik raketini təqdim etməsindən sonra atılıb.

Sanksiyalara məruz qalanlar arasında Qingji şirkətinin, Çinin Zhejiang Qingji firmasının, Honkonqun Lingoe Process Engineering Limited şirkətinin rəhbərləri və başqaları var.

ABŞ “İranın ballistik raket istehsalını və digər hərbi proqramlarını dəstəkləyən qanunsuz transmilli satınalmaları izləməyə davam edəcək”, deyə ABŞ-ın maliyyə nazirinin müavini Brayan Nelsonun bəyanatında bildirilir.

“İranın Pekindəki hərbi attaşesi Davud Damqani Çindən iranlı istifadəçilər üçün müdafiə təyinatlı satınalmaları əlaqələndirirdi”, deyə Dövlət Departamentinin ayrıca bəyanatında bildirilir.

“Birləşmiş Ştatlar əvvəlki kimi İranın satınalmalar şəbəkəsini pozmaq üçün əlində olan bütün alətlərdən istifadə etmək qətiyyətindədir və biz İranı öz hərəkətlərinə görə məsuliyyətə cəlb etmək üçün müttəfiqlərimiz və tərəfdaşlarımızla işləyəcəyik”, deyə Dövlət Departamenti bildirib.

Bənzər yazılar

Back to top button