İqtisadiyyat

FHN 1 milyona gəmi təmir etdirir

Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza Xilasetmə Xidməti gəmilərin əsaslı tərsanə təmiri ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi “Saqa Gəmi Təmiri” MMC olub. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1.383.807,24 AZN təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Saqa Gəmi Təmiri” MMC 8 avqust 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 6, mənzil 3-də yerləşir. MMC-nin qanuni təmsilçisi Qədirov Nəriman Qüdrət oğludur.

“Saqa Gəmi Təmiri” şirkəti 2012-ci ildə oğurluq hadisəsi ilə gündmə gəlib. Həmin ildə şirkətin ofisindən 40 800 manat və 150 avro pul oğurlanıb. Hadisəni törətməkdə təqsirli bilinən Rafiq Məmmədov adlı şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilib.

Bu ilin may ayında isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə “Saqa Gəmi Təmiri” MMC-ni məhkəməyə verib. Məhkəmə çəkişməsinin səbəbi alqı-satqı müqavilələri üzrə mübahisələrdir. İş Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazovanın icraatındadır.

“Saqa Gəmi Təmiri” MMC barəsində açıq mənbələrdə məlumatlar məhduddur. Şirkətin qanuni təmsilçisi Nəriman Qəribov haqqında hər hansı məlumata rast gəlinmir.

Dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, “Saqa Gəmir Təmiri” MMC 2020, 2021 və 2022-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Komplkes Mexaniki Təminat İdarəsi ilə satınalma müqaviləsi imzalayıb. Toplam maliyyə dəyəri 590 575, 91 AZN təşkil edən müqavilələrdə “YUQ” balıqçı gəmisinin əsaslı təmiri işlərinin satın alınması nəzərdə tutulub.

Bənzər yazılar

Back to top button