İdman

“Real Madrid” 100 milyonluq transferə hazırlaşır

“Real Madrid” Cud Bellinqemin transferini rəsmiləşdirmək üzrədir.

Fanat.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Xəbərə görə, madridlilər yarımmüdafiəçi üçün klubu “Borussiya Dortmund”a 100 milyon avro ödəməyə hazırdır.

Bir neçə gün içində İngiltərə millisinin üzvü İspaniyaya yollanıb tibbi yoxlanışdan keçəcək. Ondan sonra tərəflər arasında yekun qərar veriləcək.

Qeyd edək ki, 19 yaşlı yarımmüdafiəçi 2020-ci ildən Almaniya klubunda çıxış edir. Gənc futbolçu 92 oyunda iştirak edib və 12 qola imza atıb.

Xatırladaq ki, Bellinqemi heyətinə qatmaq istəyən klublar arasında “Liverpul” və “Mançester Siti” də vardı.

Bənzər yazılar

Back to top button