Siyasət

Blinken və Hakan Ermənistan-Azərbaycan nizamlanma prosesini müzakirə ediblər

ABŞ dövlət katibi Entoni Blinken Türkiyənin yeni təyin olunmuş xarici işlər naziri Hakan Fidanla telefon danışığı zamanı digər məsələlərlə yanaşı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini də müzakirə edib.

Türkiyənin TRT Haber telekanalı bildirib ki, söhbət zamanı Blinken Fidanı Türkiyə xarici siyasət idarəsinin rəhbəri təyin olunması münasibətilə təbrik edib.

Tərəflər İsveçin NATO-ya üzvlüyünü, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini, ABŞ-ın Türkiyəyə modernləşdirilmiş F-16 qırıcılarını göndərməsi, Ukraynanın taxıl sazişini müzakirə ediblər.

Diplomatlar ikitərəfli münasibətlərin gündəliyini müzakirə etmək üçün mümkün qədər tez görüşmək barədə razılaşıblar. (Turan)

Bənzər yazılar

Back to top button